Ronaldudan yeni dünya rekordu - Bunu bacaran ilk futbolçudur
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu milli liqalarda qol vurmaq üzrə dünya rekorduna imza atıb.
Mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat paylaşıb.
Ulduz futbolçu “Əl-Şəbab”a qarşı liqa oyununda dubl edərək milli çempionatlarda qol sayını 517-yə çatdırıb.
38 yaşlı canlı əfsanənin 517 qolundan 3-ü Portuqaliya çempionatında (“Sportinq”), 103-ü İngiltərə Premyer Liqasında (APL) (“Mançester Yunayted”), 311-i İspaniya çempionatında (“Real Madrid”), 81-i İtaliya çempionatında (“Yuventus”) və 19-u Səudiyyə Ərəbistanı çempionatında qeydə alınıb.
Ronaldu avstriyalı Yozef Bisçan və macar Ferens Puşkası (hər biri 515 qol) geridə qoyaraq milli liqaların bombardiri olub.
Ölkə çempionatlarında 500 qol həddinə indiyədək yalnız 3 futbolçu çata bilib.
Dünya ulduzu Lionel Messinin aktivində 496 qol var.