Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edildi
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarının idman proqramı açıqlanıb.
mediasport.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin qərarı ilə Oyunların proqramına 22 idman növü - parabadminton, boccia, futbol (tam görmə məhdudiyyətli şəxslər), qolbol, paracüdo, parakanoe, paraatçılıq, masaüstü tennis, əlil arabasında tennis, əlil arabasında qılıncoynatma, əlil arabasında basketbol, kamandan oxatma, paraatletika, parapauerliftinq, oturaq voleybol, paraüzgüçülük, paraavarçəkmə, güllə atıcılığı, parataekvondo, paratriatlon, əlil arabasında reqbi və paravelosiped daxil edilib.
“Los-Anceles 2028” XVIII Yay Paralimpiya Oyunları 2028-ci il avqustun 22-dən sentyabrın 3-dək keçiriləcək.