Milli Paralimpiya Komitəsinin nümayəndələri Fransada olub

Milli Paralimpiya Komitəsinin nümayəndələri Fransada olub

Milli Paralimpiya Komitəsinin nümayəndələrinin Fransada Paris-2024 XVII Yay Paralimpiya İdman Oyunlarının təşkilat komitəsinin üzvləri ilə görüşü baş tutub.

Mediasport.az xəbər verir ki, Oyunların təşkilat komitəsinin nümayəndəsi Sofi Hertfelder ilə görüş zamanı Azərbaycan milli komandasının paralimpiya oyunlarında iştirakı və təşkilatı işlərlə bağlı müzakirələr aparılıb.

Eləcə də, komitə nümayəndələri millimizin üzvlərinin Oyunlardan əvvəl təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulan Ajen şəhərinin merinin idman məsələləri üzrə müavini Alen Klayman ilə görüşüblər. Ardınca şəhərin idman infrastrukturu və məşq bazaları ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycan milli komandası Paralimpiya Oyunlarında iştirak üçün indiyədək yüngül atletika, güllə atıcılığı və üzgüçülük idman növü üzrə 6 lisenziya qazanıb.