Paris-2024 Paralimpiya Oyunları: Bayrağımızı çempionlar daşıyacaq

Paris-2024 Paralimpiya Oyunları: Bayrağımızı çempionlar daşıyacaq

Bu axşam Bakı vaxtı ilə 22:30-da Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi baş tutacaq.

Mediasport.az xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyacaqlar.

7 növdə 19 idmançı ilə yollandığımız yarışda ölkəmiz 11 medal qazanıb.

Onlardan 4-ü qızıl, 2-si gümüş, 5-i bürünc əyarlıdır.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala yiyələniblər.