Milli komandamızın dünya çempionatına hazırlığı başlandı

 Milli komandamızın dünya çempionatına hazırlığı başlandı

Goranboy Olimpiya İdman Kompleksində kata üzrə təlim-məşq toplanışı keçirilib. 

Mediasport.az xəbər verir ki, 28-31 oktyabrda keçirilən hazırlıq prosesində Azərbaycan kata milli yığma komandasının üzvləri və 18 yaşadək yeniyetmələr arasında ölkə birinciliyində ilk yerləri tutmuş cüdoçular iştirak edirlər.

Bu təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qatıldığı ilk belə tədbir olub. Təlim-məşq toplanışının məqsədi 9-10 noyabr tarixlərində ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək kata üzrə dünya çempionatına hazırlıqdır. 

Təlim-məşq prosesi idmançılarımızın texniki bacarıqlarını artırmağa və beynəlxalq arenada uğur qazanmaq üçün vacib təcrübə toplamağa yönəlib.