Yubiley oyununda gələn darmadağın - "Qəbələ" Azərbaycan Kubokunda

Yubiley oyununda gələn darmadağın - "Qəbələ" Azərbaycan Kubokunda

Azərbaycan kubokuna divizion təmsilçisi "Araz Naxçıvan" üzərində 5:0 hesablı qələbə ilə başlayan "Qəbələ" üçün bu matç əlamətdar olub.

mediasport.az xəbər verir ki, Elmar Baxşıyev baş məşqçi postunda 100-cü oyununu keçirib.

Bu qələbə komandanın ölkə kubokunda yubiley - 40-cı zəfəri kimi yadda qalıb. Böyükhesablı qələbə "Qəbələ"nin tarixi ərzində 5 və ya daha çox qol vurdub qazandığı 12-ci belə uğuru olub. Klub tarixinin ən çox qol vurub qalib gəldiyi qarşılaşmalar "Neftçi" və "Mil-Muğan"la (İmişli) görüşlərə təsadüf edib - 8:0.


Böyükhesablı qələbələr

21.09.2005 Birinci divizion "Göy-Göl" - "Şərur" 8:0

10.05.2006 Birinci divizion "Gilan" - "Energetik" 6:0

16.10.2006 Azərbaycan kuboku "Gilan" - "Şahdağ" 6:0

11.11.2007 Premyer Liqa "Gənclərbirliyi" - "Qəbələ" 0:6

04.10.2015 Premyer Liqa "Qəbələ" - "Xəzər Lənkəran" 6:0

03.12.2015 Azərbaycan kuboku "Qəbələ" - "Mil-Muğan" 7:0

10.09.2016 Premyer Liqa "Neftçi" - "Qəbələ" 0:8

25.11.2017 Premyer Liqa "Kəpəz" - "Qəbələ" 1:6

29.11.2017 Azərbaycan kuboku "Qəbələ" - "Mil-Muğan" 8:0

07.03.2020 Premyer Liqa "Qəbələ" - "Sumqayıt" 5:0

18.09.2021 Premyer Liqa "Qəbələ" - "Səbail" 5:0

22.11.2022 Azərbaycan kuboku "Qəbələ" - "Araz-Naxçıvan" 5:0