Türkiyənin məşhur futbol hakimləri Azərbaycana niyə gəliblər?

Türkiyənin məşhur futbol hakimləri Azərbaycana niyə gəliblər?

UEFA təlimçisi Yorn Vest Larsen Bakıda azərbaycanlı hakimlərə seminar keçir.

MediaSport.az xəbər verir ki, kursda danimarkalı ilə yanaşı, qitə futbol qurumunun təhsil üzrə məsləhətçi Burçin Keskin, köməkçi hakimlərlə çalışan Tarık Ongün və Bahattin Duran da iştirak edirlər.

Onlar AFFA-nın təşkilatçılığı ilə 2023/2024-cü illər mövsümünə hazırlıq məqsədilə Premyer Liqa, I və II liqa hakimləri və hakim-inspektorlarına yay seminarı keçirlər.

Həmçinin, Fırat Aydınus və idman psixoloqu Turqay Biçer də müxtəlif mövzularda təlimlər keçirlər.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə təşkil olunan seminar iyulun 30-dək davam edəcək.