"Qarabağ" - "Frayburq" görüşünün hakimləri müəyyənləşdi - AVROLİQA

"Qarabağ" - "Frayburq" görüşünün hakimləri müəyyənləşdi - AVROLİQA

Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində noyabrın 3-də Bakıda keçiriləcək “Qarabağ” - "Frayburq” görüşünü idarə edəcək hakimlər açıqlanıb.

mediasport.az xəbər verir ki, saat 21:45-də başlanacaq qarşılaşmada ədaləti Belarusdan olan hakimlər briqadası qoruyacaq.


Avropa Liqası. Qrup mərhələsi. 6-cı tur

“Qarabağ” – “Frayburq”

3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka

Dördüncü hakim: Dmitri Dmitriev

VAR: Tiaqo Bruno Lopes Martins (Portuqaliya)

AVAR: Hugo Filipe Ferreira C.Moreira Migel (Portuqaliya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Boriana Stoyçeva (Bolqarıstan)