Rusiyalı Olimpiya çempionunun qızıl medalı dopinqə görə əlindən alındı

Rusiyalı Olimpiya çempionunun qızıl medalı dopinqə görə əlindən alındı

Rusiyalı atlet Natalya Antyuxun "London-2012" Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal əlindən alınıb.

mediasport.az xəbər verir ki, buna 41 yaşlı veteran idmançının dopinqdən istifadə etməsi səbəb olub.

Məlumatı Dopinqlə Mübarizə üzrə Müstəqil Təşkilat (AIU) yayıb. Qanında qadağan olunmuş maddə aşkarlanan Natalyanın 2012-ci il iyulun 15-dən 2013-cü il iyunun 29-dək olan müddətdə göstərdiyi bütün nəticələr ləğv edilib. Antyux 400 metr məsafəyə maneələrlə qaçışda olimpiya çempionu olub.