Sənan Süleymanov olimpiadaya əzmkar qələbə ilə başladı

Sənan Süleymanov olimpiadaya əzmkar qələbə ilə başladı

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.

Təmsilçimiz ilk hissədə zədələnsə də, əzmkarlıq nümayiş etdirərək 2:0 hesablı qələbə ilə 1/4 finala çıxıb.

Süleymanov 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gələcək.