Bu axşam III raundun cavab oyunları keçiriləcək - Çempionlar Liqası
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
mediasport.az xəbər verir ki, azarkeşlər 10 matç izləyəcəklər.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) raund çərçivəsində ilk oyununa çıxacaq.
Türkiyənin yarışdakı yeganə təmsilçisi "Qalatasaray" ötən həftə Sloveniyada darmadağın etdiyi "Olimpiya"nı doğma publika qarşısında sınağa çəkəcək.
"Qarabağ"ı mübarizədən kənarlaşdırmış "Rakuv" isə Kipr səfərində "Aris"in qonağı olacaq. Polşalılar ilk matçda 2:1 hesabı ilə qalib gəliblər.
UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. Cavab oyunları
21:00 "Aris" (Kipr) - "Rakuv" (Polşa) ilk oyun - 1:2
21:00 "Makkabi" (İsrail, Hayfa) - "Slovan" (Slovakiya) ilk oyun - 2:1
21:00 "Mölde" (Norveç) - "Klaksvik" (Farer adaları) ilk oyun - 1:2
21:00 "Sparta" (Çexiya) - "Kopenhagen" (Danimarka) ilk oyun 0:0
22:00 "Dinamo" (Xorvatiya) - AEK (Yunanıstan)
22:00 "Qalatasaray" (Türkiyə) - "Olimpiya" (Sloveniya) ilk oyun - 3:0
22:0 "Baçka Topala" (Serbiya) - "Braqa" (Portuqaliya) ilk oyun - 0:3
22:30 "Servette" (İsveçrə) - "Reyncers" (Şotlandiya) ilk oyun - 1:2
22:30 "Şturm Qras" (Avstriya) - PSV (Niderland) ilk oyun - 1:4
23:00 "Marsel" (Fransa) - "Panatinaikos" (Yunanıstan) ilk oyun - 0:1