Azərbaycanın daha bir idmançısı Yaponiyada dünya çempionu oldu

Azərbaycanın daha bir idmançısı Yaponiyada dünya çempionu oldu

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, idmançımız T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,18 metr nəticə ilə dünya çempionu olub.

Paralimpiya çempionumuz ilk dəfə bu titula yiyələnib.

Xatırladaq ki, bu DÇ-də daha əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.

Ardınca isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda dünya çempionu adına sahib çıxıb.