"Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün çox şadam"
"Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün çox şadam. Ona görə Gənclər və idman Nazirliyinin təşkil etdiyi ilin yekunlarında qadınlar arasında da 1-ci yerə layiq görüldüm. Buna görə məşqçilərimə çox təşəkkür edirəm! Onlar olmasaydı, bu cür nəticə qazana bilməzdim".
Bu sözləri Mediasport.az saytına açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının lideri Zöhrə Ağamirova Gənclər və İdman Nazirliyinin (AGİN) keçirdiyi qala-gecədə deyib.
Gənc idmançı təəssüratlarını əməkdaşımızla bölüşüb.
"Qarşıma qoyduğum növbəti hədəf Paris-2024 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanmaqdır. Bunun üçün hər gün məşq edirəm, ciddi hazırlaşıram. Ümid edirəm ki, final mərhələsinə vəsiqə qazana biləcəm".
Ağamirova Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün çox çalışdığını deyib:
"Hər gün 7-8 saat məşq edirdim. Çox ciddi hazırlıq gedirdi. Əlimdən gələnin daha artığını etmək istəyirdim. Çox şadam ki, lisenziya qazana bildim. Qarşıma qoyduğum əsas hədəf olimpiadada finala çıxmaqdır".
Rövşən