Almaniya və Qazaxıstan idmançıları Hövsana toplaşıblar

Almaniya və Qazaxıstan idmançıları Hövsana toplaşıblar

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF), Qarabağ Regional Gənclər və İdman İdarəsi və Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ilinə həsr olunan 11 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında cüdo üzrə Açıq Birincilik keçirilir.

Mediasport.az xəbər verir ki, 26 noyabrda baş tutacaq yarışda Azərbaycan, Almaniya və Qazaxıstan olmaqla 3 ölkədən 442 cüdoçu medallar uğrunda mübarizə aparır.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə qızlar və oğlanlar arasında 12 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.