Asiya Kuboku başlanıb: Qətər startda 3 xalı 3 qolla qazanıb

Asiya Kuboku başlanıb: Qətər startda 3 xalı 3 qolla qazanıb

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsi start götürüb.

Mediasport.az xəbər verir ki, mübarizənin birinci günündə turnirə ev sahibliyi edən Qətər Livanı darmadağın edib - 3:0.

Bu gün isə A qrupundan 1, B qrupundan 2 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Asiya Kuboku 2024-cü il yanvarın 12-dən fevralın 10-na qədər davam edəcək.

Asiya Kuboku. A qrupu

18:30 Çin - Tacikistan

B qrupu

15:30 Avstraliya - Hindistan

21:30 Özbəkistan - Suriya