İstanbul klubu 2 dəfə qovduğu baş məşqçi ilə 5 illik müqavilə bağladı

İstanbul klubu 2 dəfə qovduğu baş məşqçi ilə 5 illik müqavilə bağladı

"İstanbulspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

mediasport.az xəbər verir ki, Superliqa təmsilçisi yenidən Fatih Təkkə ilə anlaşıb.

Onunla beş illik müqavilə imzalanılıb. Türkiyə millisinin veteran forvardının, beləcə, üçüncü dəfə İstanbul klubuna qayıdışı rəsmiləşib. O, 2018-2019 və 2020-2021-ci illərdə bu klubu çalışdırıb.

"İstanbulspor" Super Liqada 10 turdan sonra 8 xalla 16-cıdı.