Antiterror tədbrilərinin şəhid polislərinin xatirə turniri keçirilib

Antiterror tədbrilərinin şəhid polislərinin xatirə turniri keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında (ƏÇPA) antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib.

Mediasport.az xəbər verir ki, yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, nazirliyin İdman Cəmiyyətinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar olublar.

Turnirin startından əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Şəhid ailələrinin nümayəndələri, eləcə də polis əməkdaşları Vətən uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirələrinin həmişə uca tutulduğunu və onların ölkə rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.

Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal və fəxri fərmanlarla təltif ediliblər.