"Araz-Naxçıvan" "Sumqayıt"a qarşı

"Araz-Naxçıvan" "Sumqayıt"a qarşı

Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” klubu yoxlama görüşündə gücünü sınayacaq.

Bölgə təmsilçisinin mətbuat xidmətindən Mediasport.az saytına verilən məlumata görə, “qırmızı-ağlar” sentyabrın 7-də "Sumqayıt"la qarşılaşacaqlar.

Görüş Sumqayıtda yerləşən “Kapital Bank Arena”da keçiriləcək.

Oyunun başlanma saatı dəqiqləşdirilməyib.