"Asiya uşaqları" Oyunlarında təmsilçilərimizdən daha 2 medal

"Asiya uşaqları" Oyunlarında təmsilçilərimizdən daha 2 medal

Taekvondo üzrə millimizin Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha 2 medal qazanıb.

Mediasport.az xəbər verir ki, Elcan Əliyev (73 kq) "qızıl"a, Nilufer Borji (49 kq) "bürünc"ə yiyələniblər.

Bununla da taekvondo üzrə milli komanda yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla bitiriblər.

Daha öncə idmançılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medala yiyələnib.