2 cüdoçumuz təsəlliverici görüşə çıxacaq, Aslan Kotsoyev finalda
Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, qızların mübarizəsində Nigar Süleymanova (+78 kq) 1/8 finalda fransalı Selia Cancana uduzub.
Oğlanların yarışında Aslan Kotsoyev (90 kq) Alsksandru Sibisanı (Rumıniya), sonra Miçe Velteri (Lüksemburq) üstələyib. O, 1/4 finalda Oleksi Boldrayı da məğlub edib və yarımfinala yüksəlib. Aslan növbəti rəqibi Henri Ovusunu (İtaliya) məğlub edib və finala yüksəlib.
Tuncay Şamil Kiril Volkov (Litva) və Kristiano Minçinezi (İtaliya) məğlub etsə də, 1/4 finalda serbiyalı Milyan Radulja uduzub. O, bürünc medal uğrunda təsəlliveriri görüşdə xorvatiyalı Borna Butuyerlə qarşılaşacaq.
Azad Bağırov (100 kq) Frantizel Lhotskini (Çexiya) məğlub edib, lakin 1/8 finalda fransalı Makenze Bordinlə bacarmayıb.
+100 kq çəki dərəcəsində Kənan Nəsibov Fedir Yarosenkonu (Ukrayna), komanda yoldaşı Ramazan Əhmədovu üstələsə də, 1/4 finalda İbrahim Tataroğlu (Türkiyə) onun üzərində qələbə qazanıb. Kənan bürünc medal uğrunda təsəlliveriri görüşdə çexiyalı Tomas Raska ilə qarşılaşacaq.
Ramazan Əhmədov litvalı Armandas Vaskasdan güclü olub. 1/4 finalda Kənana uduzan Ramazan bürünc medal uğrunda təsəlliverici görüşdə Saba Kardavaya (Gürcüstan) uduzub.