Cüdoçularımız Avropa Kuboku turnirinə uğurlu start veriblər
Almaniyada cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kuboku turnirinin ilk yarış günündə idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Mediasport.az xəbər verir ki, cüdoçularımı bunu 3 çəki dərəcəsində bacarıblar.
50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu - Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə B.Feyzullayev qızıl, M.Hüsiyev isə gümüş medallara sahib çıxıb.
60 kq çəkidə final qarşılaşmasında da iki cüdoçumuz - Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıb. Nəticədə Nihad Rəhimov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.
66 kq çəkidə tatami üzərinə çıxan Kənan Sadıqov birinci yeri tutub. Eyni çəki dərəcəsində mübarizə aparan Ümüd Qurbanov isə bürünc medalla kifayətlənib.