Naxçıvanda cüdo üzrə Muxtar Respublika birinciliyi keçirildi
Naxçıvanda Müstəqilliyin Bərpası Günü münasibətilə U-15 və U-18 yeniyetmələr arasında cüdo üzrə Muxtar Respublika birinciliyi keçirilib.
Mediasport.az xəbər verir ki, yarışa şəhər və rayonlardan ümumilikdə 70-dən çox idmançı qatılıb.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.
Açılış mərasimindən sonra yarışa start verilib. Qız və oğlan idmançılar arasında 2 yaş kateqoriyası və müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.