AVRO-2024-ə son 3 vəsiqə uğrunda pley-off oyunları başlanır

AVRO-2024-ə son 3 vəsiqə uğrunda pley-off oyunları başlanır

Bu gün futbol üzrə AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda nəzərdə tutulmuş görüşlər keçiriləcək.

Meidasport.az xəbər verir ki, seçmə mərhələdə lisenziya əldə etmiş 21 milli komandaya Millətlər Liqası xətti ilə qoşulacaq daha 3 kollektiv məhz bu axşam start götürəcək pley-off qarşılaşmalarının yekununda - 12 seçmənin öz arasında mübarizəsindən sonra müəyyənləşəcək.

Millətlər Liqasının A, B və C Liqalarında 6 yığma son 3 vəsiqə uğrunda mübarizə aparacaq.

Bunlar Polşa, Estoniya, Uels, Finlandiya, İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Gürcüstan, Lüksemburq, Yunanıstan və Qazaxıstan komandalarıdır.

"4-lük"dən ibarət hər 3 qrupdan ən güclü milli AVRO-2024-ün final mərhələsinə yüksələcək və püşkü atılmış qrupda yerini alacaq.

Qeyd edək ki, qitə birinciliyi 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.


Avropa çempionatı. Pley-off


A Liqası

23:45 Polşa - Estoniya

23:45 Uels - Finlandiya


B Liqası

23:45 İsrail - İslandiya

23:45 Bosniya və Herseqovina - Ukrayna


C Liqası

21:00 Gürcüstan - Lüksemburq

23:45 Yunanıstan - Qazaxıstan


AVRO-2024. Final mərhələsi

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)