Azərbaycanın FİFA referisi UEFA Çempionlar Liqasına təyinat aldı

Azərbaycanın FİFA referisi UEFA Çempionlar Liqasına təyinat aldı

Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northvest" (Bolqarıstan) matçında birinci hakim olacaq.

Beynəlxalq dərəcəli hakim bir gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northvest" (Bolqarıstan) - "Pro Futsal Siumru" (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq.