Daha iki güləşçimiz Budapeştdə reytinq turninin qalibi olub
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, son yarış günündə Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Millimizin iki üzvü - Eldəniz Əzizli (55 kq) və Həsrət Cəfərov (72 kq) bütün rəqiblərinə qalib gələrək turnirdə çempion titulunu qazanıb.
72 kq çəkidə yarışan digər idmançımız Ülvi Qənizadə 1/4 finalda mübarizəni dayandırıb.
Sənan Süleymanov (77 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qaansa da, zədə səbəbindən döyüşə çıxmayıb.
Yekunda yığmamız turniri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Komandamızın heyətində daha əvvəl əvvəl sərbəst güləşdə Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) bürünc medal əldə edib, yunan-Roma güləşində isə Murad Məmmədov (63 kq) qızıl medal qazanıb.