Olimpiya lisenziya turniri: Bu gün 4 güləşçimiz mübarizəyə başlayır
Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.
Mediasport.az xəbər verir ki, yarış yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlanacaq.
Azərbaycanın 4 pəhləvanı tatami üzərinə çıxacaq.
Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcəklər.
Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.