Avropa çempionatı: Yığma komandamız 1-ci səbətdə yer alıb

Avropa çempionatı: Yığma komandamız 1-ci səbətdə yer alıb

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.

Mediasport.az xəbər verir ki, yığmamız mübarizəyə ilkin mərhələdən yarışacaq.

Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə 31 oktyabrda keçiriləcək.

Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər.

Səbətlərdən 2-də 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələnin oyunları gələn il 21-26 yanvarda keçiriləcək. Əsas mərhələdə 28 komanda 4 qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları 25-30 mart tarixlərində baş tutacaq. Yekunda qrup qalibləri final mərhələsinə yüksələcək.

Final mərhələsinin oyunları gələn il 28 sentyabr - 5 oktyabrda Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət: Gürcüstan, Azərbaycan, Şimali Makedoniya.

2-ci səbət: Kosovo, Litva, Cəbəllütariq.

3-cü səbət: Malta, Almaniya, San Marino, Estoniya.