Avropa çempionatı: İsveçrə yığması millimizi 4 qolla keçdi
Bu gün qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində ikinci görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, yığmamız Bakıda İsveçrə futbolçularını qəbul edib.
İlk dəfə B liqasında mübarizə aparan Azərbaycan qrupda keçirdiyi birinci oyunda Macarıstanla heç-heçə etsə də (1:1), bu dəfə böyükhesablə məğlubiyyətdən qaça bilməyib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamızın qrupda növbəti matçı yayda Türkiyə seçməsi ilə olacaq.
Bu gün, eyni zamanda, B Liqasının 1-ci qrupunda digər rəqiblərimiz - Türkiyə və Macarıstan üz-üzə gələcəklər.
Avropa çempionatı. Seçmə mərhələ. B Liqası. 2-ci tur
9 aprel
Azərbaycan - İsveçrə 0:4
Qollar: Smilla Valotto, 11-pen., Luana Bühler, 20, Alaya Pilqrim, 52, Nadin Risen, 54.
Baş hakim: Alina Peşu.
Baş hakimin köməkçiləri: Daniela Konstantinesku, Petruta Yuqulesku.
Dördüncü hakim: Kristina Trandafir (hamısı Rumıniya).
"Liv Bona Dea Arena", 16:00.
Azərbaycan: 1. Aytac Şərifova (Q), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 23. Yeliz Acar, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə, 6. Esra Manya, 20. Peritan Bozdağ, 11. Vüsalə Seyfəddinova, 3. Jalə Məhsimova, 10. Kristina Bakarandze.
İsveçrə: 21.Elvira Hersoq (Q), 2. Julia Stierli, 18. Viola Kaliyaris, 15. Luana Bühler, 8. Nadin Risen, 6. Ceraldine Röyteler, 11. Kumba Sou, 17. Seraina Piubel, 19. Aurelie Sillaq, 14. Smilla Vallotto, 23. Alisa Lemann.