Azərbaycanın qadın hakimləri Türkiyədəki oyunlara dəvət aldılar

Azərbaycanın qadın hakimləri Türkiyədəki oyunlara dəvət aldılar

Azərbaycanın qadın hakimləri Türkiyədə keçiriləcək yoldaşlıq görüşlərinə dəvət alıblar.

mediasport.az xəbər verir ki, FİFA referisi Fəridə Lütfəliyeva, köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turnirində idarəçilik edəcəklər.

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA Hakimlər Komitəsi tərəfindən qardaş ölkəyə ezam olunan hakimlər bu gün Estoniya - Kosovo, fevralın 18-də Makedoniya - Bolqarıstan, fevralın 21-də isə Estoniya - Makedoniya matçlarını idarə edəcəklər.