3 cüdoçumuz yarımfinalda, biri bürünc medal görüşünə çıxacaq
Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, birinci yarış günündə 6 cüdoçumuz tatamiyə çıxıb.
Oğlanların yarışında 1, qızların mübarizəsində 5 təmsilçimiz medal uğrunda yarışır.
Avropa çempionatı
Oğlanların mübarizəsi
60 kq
Nizami İmranov 1/8 final finalda mübarizəyə başlayıb. O, Françesko Sampinonu (İtaliya) məğlub edib və növbəti mərhələyə yüksəlib. Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçi də üstələyib. Nizaminin yarımfinalda rəqibi Zahariye Dijol olacaq.
Qızların mübarizəsi
48 kq
Könül Əliyeva 1/8 finalda türkiyəli Bequmnaz Doğruyoldan üstün olub. 1/4 finalda rumıniyalı Laura Boqdanı da məğlub edib və yarımfinala yüksəlib. O, Morqan Annislə (Fransa) qarşılaşacaq.
Bu çəkidə Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniiadan (Ukrayna) üstün olsa da, 1/8 finalda Sammer Şovlaya (Böyük Britaniya) uduzub.
52 kq
İlk mərhələdən tatamiyə çıxan Xədicə Qədəşovanın fransalı Alissi Pulanjini üstələyib. O, 1/8 finalda almaniyalı Lena Dyeriouya da qalib gəlib. Xədicə 1/4 finalda Mikaela Skiakovelliyə (İtaliya) uduzub. Qədəşova "bürünc" uğrunda təsəlliverici görüşdə Luka Mamira (Macarıstan) ilə qarşılaşacaq.
57 kq
Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.
Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstün olub. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinala yüksəlib. Bu mərhələdə Əlizadənin rəqibi Vanessa Tolea (Rumıniya) olacaq.