Azərbaycan millisi DÇ-də bürünc medalları qazana bilməyib

Azərbaycan millisi DÇ-də bürünc medalları qazana bilməyib

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə şəhərində keçirilən dünya çempionatında bu gün medal görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda üçüncü yer uğrunda dueldə Macarıstan yığması ilə qarşılaşıb.

Görüş komandamızın 2:3 hesablı məğlubiyyətilə yekunlaşıb.

Beləliklə, Azərbaycan seçməsi mundialı 4-cü pillədə başa vurub.