Avstraliya və Özbəkistan milliləri qələbə qazanıblar - Asiya Kuboku

Avstraliya və Özbəkistan milliləri qələbə qazanıblar - Asiya Kuboku

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən oyunlarda Avstraliya Suriyanı (1:0), Özbəkistan Hindistanı (3:0) məğlub edib, Fələstin - BƏƏ (1:1) matçında qalib müəyyənləşməyib.

2 oyundan sonra Avstraliya B qrupuna 6 xalla başçılıq edir. Özbəkistan 4 xalla ikinci, Suriya 1 xalla üçüncü, Hindistan 0 xalla sonuncudur.

C qrupunun turnir cədvəlində isə Birləşmiş Ərəb Əmirlikləri 4 xala birinci, Fələstin 1 xalla üçüncüdür.

Bu gün C qrupundan 1, D qrupunda 2 qarşılaşma baş tutacaq.

Asiya Kuboku

C qrupu

21:30 Honkonq - İran

Xal durumu: BƏƏ - 4, İran - 3, Fələstin - 1, Honkonq - 0

D qrupu

15:30 İraq - Yaponiya

18:30 Vyetnam - İndoneziya

Xal durumu: Yaponiya - 3, İraq - 3, Vyetnam - 0, İndoneziya - 0