"Ayaks"ın heyətində Bakıya gələcək futbolçular müəyyənləşdi - SİYAHI

"Ayaks"ın heyətində Bakıya gələcək futbolçular müəyyənləşdi - SİYAHI

Oktyabrın 24-də UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayaks" Azərbaycana bu axşam gələcək.

Mediasport.az xəbər verir ki, Amsterdam klubunun baş məşqçisi Françesko Farioli ölkəmizə gətirəcəyi futbolçuları müəyyənləşdirib.

İtaliyalı mütəxəssis Bakıya 24 futbolçu ilə səfər edəcək.

Mövsümün əvvəlində Milan "İnter"indən qayıdan Deyvi Klaassen, zədəli Stiven Berquis və Yuri Bas siyahıda yer almayıb:

Qapıçılar: Cey Qorter, Remko Pasver, Diant Ramay;

Müdafiəçilər: Devayn Renç, Anton Qoei, Yorrel Hato, Ouen Veyndal, Ahmetcan Kaplan, Daniele Ruqani, Dis Yanse, Yosip Şutalo;

Yarımmüdafiəçilər: Cordan Henderson, Kennet Teylor, Van den Bomen, Kian Fits-Cim, Benyamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore;

Hücumçular: Vut Veqhorst, Kristian Rasmussen, Jorti Mokio, Ceydon Banel.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.