Şahruddinin və Renatın komandaları səfər sınağında
Türkiyə Superliqasında 19-cu turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə futbol üzrə Azərbaycan milli komandasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" və Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" növbəti oyunlarına çıxacaq.
Adana klubu ölkə çempionatının turnir cədvəlində 27 xalla altıncı, Hatay təmsilçisi isə 19 xalla 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, tura dünən 3 qarşılaşma ilə start verilib.
Türkiyə Superliqası. 19-cu tur
14:30 "Rizespor" - "Hatayspor"
17:00 "Başakşəhər" - "Adana Dəmirspor"
20:00 "Samsunspor" - "Fatih Karagümrük"
20:00 "Ankaragücü" - "Trabzonspor"