Avropa çempionatı: Azərbaycan 7 cüdoçusu mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürür.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq.
Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.
Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.
Qitə birinciliyi aprelin 27-də başa çatacaq.