Sərbəst güləşçilərimiz Türkiyə turnirində uğursuz çıxış ediblər
Türkiyənin Antalya şəhərində keçirilən Yaşar Doğu-Vehbi Əmrə turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, ənənəvi yarışın son günündə sərbəst güləş üzrə daha 5 çəkidə qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça üzərinə çıxıblar.
Onlardan yalnız Ramiz Həsənov fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.
Bununla sərbəst güləşçilərimiz turniri 2 medalla başa vurublar.
Ötən gün Musa Ağayev (65 kq) gümüş mükafata yiyələnib.