Gürcüstanı məğlub edən millimiz yarımfinala vəsiqəni rəsmiləşdirdi

Gürcüstanı məğlub edən millimiz yarımfinala vəsiqəni rəsmiləşdirdi

16 yaşadək qız basketbolçulardan ibarət milli komandamız Avropa çempionatında Gürcüstanla qarşılaşıb və yarımfinala yüksəlib.

Mediasport.az xəbər verir ki, yığmamız C divizionun A qrupu çərçivəsində keçirilən oyunda yığmamız qələbə qazanıb (97:40).

Matçın ən məhsuldar basketbolçusu Angelina İsmayılova (24 xal, 5 ribaund) olub.

Azərbaycan buna qədər qrupun ilk matçında Ermənistanı məğlub etmişdi (86:59).

Xatırladaq ki, milli komandamız qrupda sonuncu oyununu 11 iyul, saat 12:30-da Kiprə qarşı keçirəcək.