Avropa çempionatı: Boksçularımız yarımfinal qarşılaşmalarına çıxırlar
Azərbaycan boksçuları 23 yaşadək idmançılar arasında Avropa çempionatında yarımfinal görüşünə çıxacaqlar.
Mediasport.az xəbər verir ki, Tural Sarıyev (48 kq) türkiyəli Samet Oruc Salihlə qarşılaşacaq.
Nicat Hüseynov (51 kq) serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.
Murad Allahverdiyev (80 kq) Ahmed Mavriçlə (Serbiya) münasibətlərinə aydınlıq gətirəcək.
Qadınların mübarizəsində Marjona Savriyeva polşalı Dominika Kuçjevskanı məğlub etməyə çalışacaq.