Boksçumuz Zidan Hümbətov Budvada Dünya Kubokunu qazanıb
Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib.
51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə uduzaraq gümüş medala sahib olub.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.