Azərbaycan çempionatında pley-off: "Cəbrayıl"ın rəqibi məlumdur

Azərbaycan çempionatında pley-off: "Cəbrayıl"ın rəqibi məlumdur

Futbol üzrə Azərbaycan 1-ci Liqasında oynamaq uğrunda pley-offun iştirakçıları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, həlledici dueldə “Difai Ağsu” ilə “Cəbrayıl” komandaları qarşılaşacaq.

Ağsu təmsilçisi 1-ci Liqada mövsümün sonuna bir tur qalsa da, 9-cu pillədəki mövqeyini təmin edib, “Difai Ağsu” çempionatda yerini qorumaq üçün pley-offda mübarizə aparacaq.

2-ci Liqanın gümüş mükafatçısı "Cəbrayıl" isə "fədailər"lə 1-ci Liqaya yüksəlmək uğrunda yarışacaq.

Komandalar arasında ilk matç mayın 28-də, cavab görüşü iyunun 4-də baş tutacaq.

Qeyd edək ki, 2-ci Liqanın çempionu “Baku Sportinq” birbaşa 1-ci Liqaya vəsiqə qazanıb.

Bakı klubu burada sonuncu yeri tutan "Araz Saatlı"nı əvəz edəcək.