Azərbaycan çempionatında pley-offun tarixləri müəyyənləşdirilib

Azərbaycan çempionatında pley-offun tarixləri müəyyənləşdirilib

Minifutbol üzrə Azərbaycan çempionatında pley-off oyunlarının tarixləri müəyyənləşdirilib.

Mediasport.az xəbər verir ki, martın 26-27-də sonuncu turun oyunları keçiriləcək.

Turnir cədvəlində ilk səkkiz yeri tutan komandalar 3-10 aprel tarixlərində 1/4 final matçlarında görüşəcəklər.

Ölkə çempionatının yarımfinal oyunları 16-20 aprel tarixlərində nəzərdə tutulub.

Mayın 14-də isə ölkə çempionatının finalı və 3-cü yer uğrunda oyun baş tutacaq.