Ölkə çempionatı: 6-cı tur 3 qarşılaşma ilə yekunlaşacaq

Ölkə çempionatı: 6-cı tur 3 qarşılaşma ilə yekunlaşacaq

Bu gün Həndbol üzrə 30-cu Azərbaycan çempionatında 6-cı turun sonuncu oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə qadınların mübarizəsində 1, kişilərin mübarizəsində isə 2 görüş baş tutacaq.

Qarşılaşmaların hamısının "AHF Arena" İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, dünən qadınların mübarizəsində 2, kişilərin mübarizəsində 1 qarşılaşma oynanılıb.

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı. 6-cı tur. Qadınların mübarizəsi

10:00 "Gənclər Birliyi" - "Azəryol"

Kişilərin mübarizəsi

12:00 "Azəryol" - "Təhsil"

14:00 "Qarabağ" - "Dinamo"