ÇL-ə hazırlaşan ölkə çempionunun iki üzvü hərbi xidmətə yollandı
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Mediasport.az xəbər verir ki, "qırmızı-ağlar” son 2 mövsümü komandanın heyətində keçirən Amadeu və Lukas Romao ilə yeni müqavilə bağlayıb.
Hər iki futzalçı 2024-2025-ci il mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla başa çatan müqaviləni yeniləməyib.
Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.