Azərbaycan klubarının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşir

Azərbaycan klubarının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşir

Minifutbol üzrə Çempionlar Liqasının püşkatması bu gün gerçəkləşəcək.

Mediasport.az xəbər verir ki, təmsilçilərimiz "Birbaşa Bakı" və "AzNur" birinci səbətdə yer alacaqlar.

Tədbir Bakı vaxtı ilə 19:00-da start götürəcək və Avropa Minifutbol Federasiyasının rəsmi "YouTube" kanalında canlı yayımlanacaq.

23 ölkədən 28 komandanın keçiriləcəyi turnir sentyabrda Polşanın paytaxtı Varşavada baş tutacaq.