"Zirə" Çempionlar Liqasında mübarizəni dayandırıb

"Zirə" Çempionlar Liqasında mübarizəni dayandırıb

Minifutbol üzrə komandamız "Zirə" Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında mübarizəni erkən dayandırıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci qarşılaşmada Bolqarıstanın "Terra Trak" klubuna 0:2 hesabı ilə uduzub.

İlk matçda Ukraynanın "Andezit" kollektivinə də məğlub olan (0:1) təmsilçimiz turnirlə vidalaşıb.

Yarışdakı digər klubumuz "Birbaşa Bakı" isə qrupda keçirdiyi ilk 2 görüşdə qalib gələrək vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb.