Azərbaycan klubunu tərk edən vinger Səudiyyə Ərəbistanını seçdi
2023/2024-cü illər mövsümünü "Qəbələ”də keçirmiş Bilel Auaşeriyanın yeni komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı vinger karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fransalı futbolçu 2-ci Liqa təmsilçisi "Əl-Najma"ya keçib.
O, Unayza təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.