SON DƏQİQƏ! Polşa klubu Musa Qurbanlını transfer etmək istəyir

SON DƏQİQƏ! Polşa klubu Musa Qurbanlını transfer etmək istəyir

Yığma komandamız və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər.

mediasport.az “transfer.info” saytına istinadən xəbər verir ki, “Poqon” qışda heyətini 20 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir.

Yayda avrokubokları hədəfləyən və hazırda Ekstraklassada 4-cü pillədə qərarlaşan Şeçin təmsilçisi Ağdam klubuna təzminat ödəməyə hazırdır. Polşa tərəfinin bugünlərdə rəsmi təklif ünvanlayacağı gözlənilir.

"Poqon"un aktivində 17 tura 29 xal var. Komanda lider "Rakuv"dan 12 xal geri qalsa da, 2-ci pillə ilə fərq 3 xala bərabərdir. Cari mövsüm Premyer Liqada 13 oyuna 11 qol vuran forvardın "Qarabağ"la anlaşması 2024-cü ilə qədərdir.