Azərbaycan milli komandası EEVZA turnirində yarışacaq

Azərbaycan milli komandası EEVZA turnirində yarışacaq

20 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan yığması Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yarış 2024-cü il 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq.

Milli komandamız orada 4 oyun keçirəcək.

Xatırladaq ki, yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır

Oyunların təqvimi:

11 yanvar 23:00, Azərbaycan - Estoniya

12 yanvar 20:00, Azərbaycan - Ukrayna

13 yanvar 23:00, Azərbaycan - Latviya

14 yanvar 20:00, Azərbaycan - Polşa