Dünya Kuboku: Millimizin üzvü Macarıstanda qızıl medal qazandı

  Dünya Kuboku: Millimizin üzvü Macarıstanda qızıl medal qazandı

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nikita Simonov Macarıstanda keçirilən FİG Dünya Kubokunda iştirak edib.

Mediasport.az xəbər verir ki, o, Sombatxey şəhərində baş tutan yarışda qızıl medal qazanıb.

Milli üzvü bunu halqalar üzrə hərəkətlərdə bacarıb.