Azərbaycan millisi Avropa çempionatında ilk oyununa çıxır

Azərbaycan millisi Avropa çempionatında ilk oyununa çıxır

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandası Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda ilk oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yığmamız qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistan seçmələri ilə də mübarizə aparacaq.

Komandamızın növbəti oyunları iyulun 24-də Gürcüstan, 25-də isə Ermənistana qarşı olacaq.